Bakı. Trend:
Çin “Tyançjou-10” yük kosmik gəmisini milli orbital “Tyanqun”
stansiyasına uğurla göndərib.
Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının
Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi məlumat yayıb.
Məlumata əsasən, buraxılış Vənçan kosmodromundan (Haynan
əyalətinin cənubu) yerli vaxtla saat 08:14-də “Çançjen-7” daşıyıcı
raketi vasitəsilə həyata keçirilib.
Bildirilib ki, startdan təxminən 10 dəqiqə sonra gəmi raketdən
uğurla ayrılıb və nəzərdə tutulan orbitə çıxıb, onun günəş
panelləri normal rejimdə açılıb. Yaxın vaxtlarda “Tyançjou-10”un
orbital stansiya ilə birləşməsi gözlənilir.
Kosmik yük gəmisi kosmosa çıxmaq üçün bir skafandr, yanacaq,
astronavtlar üçün ləvazimatlar və orbitə elmi təcrübələr aparmaq
üçün avadanlıq çatdıracaq.

