Bakı. Trend:
ABŞ-nin Texas ştatının Laredo şəhərindəki qatar stansiyasında
yük vaqonunda altı nəfərin cəsədi tapılıb.
Trend-in məlumatına görə, bu barədə “The New York Times” qəzeti
xəbər verib.
Məlumata əsasən, mərhumların şəxsiyyəti və ölüm səbəbləri
hələlik müəyyən edilməyib. Polis araşdırma aparır.
Qeyd edilib ki, Laredo ABŞ-Meksika sərhədində yerləşir. Dünən
günortadan sonra şəhərin hava temperaturu 32 dərəcə Selsidən yuxarı
qalxıb və qatar vaqonlarının içərisində temperatur xeyli
yüksəlib.
Hakimiyyət orqanları ölənlərin ABŞ sərhədini keçməyə çalışan
miqrantlar olub-olmadığını hələ təsdiqləməyib.

