Netanyahu İsrailin ABŞ-nin hərbi dəstəyini azaltmaq istədiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İsrail ABŞ tərəfindən hərbi sahədə göstərilən maliyyə dəstəyini
azaltmağa ümid edir.

Trend-in
məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu “CBS News” telekanalına verdiyi müsahibədə bildirib.




ABŞ-ın maliyyə dəstəyinin azaldılması imkanını nəzərdən
keçirib-keçirmədiyi ilə bağlı suala cavabında İsrailin baş naziri
bunu təsdiqləyib. “Əlbəttə. Mən bu barədə prezident Donald Trampa
da demişəm”, – deyə Netanyahu qeyd edib.

“Mən ABŞ-ın maliyyə dəstəyini, hərbi əməkdaşlığımızın maliyyə
komponentini sıfıra endirmək istəyirəm. Çünki biz hər il 3,8
milyard dollar alırıq. Hesab edirəm ki, qalan hərbi dəstəkdən də
imtina etməyin vaxtıdır”, – deyə İsrailin baş naziri bildirib.