Bakı. Trend:
“Kruzeyro”nun müdafiəçisi Kaua Prates karyerasını Almaniya
Bundesliqasında davam etdirəcək.
Trend xəbər verir ki, “Borussiya” braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə
insayder Fabritsio Romano məlumat yayıb.
Prates tibbi müayinədən keçmək üçün Almaniyaya yollanıb. “Borussiya” 17 yaşlı sol cinah müdafiəçisi üçün Braziliya klubuna
7+5 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu yayda yeni
komandasına qoşulacaq.
Qeyd edək ki, Kaua Prates “Kruzeyro”nun yetirməsidir. Braziliya
U17 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində
meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

