Bakı. Trend:
Böyük Britaniya Leyborist Partiyası İngiltərədəki yerli
şuralara, eləcə də Uels və Şotlandiya parlamentlərinə keçirilən
seçkilərdə 1500-dən çox yer itirib.
Trend-in məlumatına görə, bu barədə “Sky News” televiziya kanalı
xəbər verib.
Leyboristlər İngiltərədəki 40 yerli şura üzərində nəzarəti
itirərək 1000-dən bir qədər çox yerini saxladılar. Bundan əlavə,
tarixində ilk dəfə olaraq Uels Parlamentindəki çoxluğunu
itiriblər.
Mühafizəkarlar Partiyası da İngiltərənin yerli şuralarında
500-dən çox yer itirdi. Partiyanın hazırda 801 nümayəndəsi var.

