
Bakı. Trend:
Mayın 10-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov,
sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov,
parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının
rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Parlamentin
İşlər müdiri Firudin Hacıyev, Aparatın və İşlər idarəsinin
əməkdaşları Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri
xiyabana gələrək onun məzarını ziyarət ediblər.
Bu barədə Trend-ə
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat
verilib.
Məlumata əsasən, Milli Məclisin kollektivi və deputatlar Ulu
Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər, Ümummilli
Liderə dərin ehtiramlarını ifadə ediblər.


