Bakıda mənzildə yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yanğın baş
verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend
bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin
qüvvələri cəlb olunub, yanğın qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan dördotaqlı mənzilin
bir otağının və mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə,
binaya bitişik sahəsi 30kv.m. olan talvar, yaxınlıqda quraşdırılmış
gücü 4 kVt olan transformatorun 9 ədəd qoruyucu açarı yanıb. Bir
nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Digər mənzillər və yaşayış binası yanğından mühafizə olunub.