Pakistan Azərbaycana mənəvi və diplomatik dəstəyə görə minnətdardır – Səfir

Baş səhifə

Bakı. Trend:

Pakistan hökuməti və xalqı Hindistan tərəfindən işğal olunmuş
Cammu və Kəşmir məsələsində, eləcə də ötən il Hindistanın Pakistana
qarşı təcavüzü ilə əlaqədar prinsipial mənəvi və diplomatik dəstəyə
görə Azərbaycana səmimi minnətdarlığını bildirir.

Trend xəbər verir ki,
bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Haqq
Savaşının (Marka-e-Haq) birinci ildönümü münasibətilə müraciətində
bildirib.

“Bu gün biz Hindistanın təcavüzünə qarşı Vətənin müdafiəsinə
intizam və qətiyyətlə qalxan silahlı qüvvələrimizin qəhrəmanlığına
ehtiramımızı bildiririk”, – deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Pakistan sülhün tərəfdarıdır, lakin milli
maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir.

“BMT Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən Pakistan,
Pakistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı feldmarşal Asim
Munirin rəhbərliyi altında özünümüdafiə üzrə ayrılmaz hüququndan
istifadə edərək, yalnız Pakistana qarşı hücumlar üçün istifadə
olunan Hindistanın hərbi obyektlərinə qarşı qətiyyətli, dəqiq və
mütənasib cavab zərbəsi endirib”, – deyə diplomat vurğulayıb.

Mohiuddin həmçinin bildirib ki, Cammu və Kəşmir məsələsi BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll olunmadan
Cənubi Asiyada uzunmüddətli sülh mümkün deyil.