Bakı. Trend:
ABŞ-nin Çikaqo şəhərinin mərkəzində Milad ağacının
işıqlandırılması mərasimi başa çatdıqdan sonra baş verən atışmada
yeddi nəfər yaralanıb.
Trend xəbər verir
ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, polis cümə axşamı Çikaqonun
mərkəzində baş verən atışmada azı yeddi nəfərin yaralandığını
bildirib.

