
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli
kəndinin açılışında iştirak ediblər.
Trend xəbər
verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik
məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış
şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim
edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının
tikintisi ilə tanış olublar.
Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı
kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının
açılışında iştirak edib.


