Azərbaycan və Efiopiya kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini müzakirə edib

Baş səhifə
ASK

  • 09 may, 2026
  • 09:55
Azərbaycan Efiopiya ilə kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və Efiopiya arasında kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi müzakirə edilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Efiopiyaya səfər edib.

Məlumata görə, səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Efiopiyanın kənd təsərrüfatı üzrə dövlət naziri Deselgn Tashome ilə keçirilən görüşdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı, innovativ texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Efiopiyanın su və enerji naziri Habtamu İtefa Gelet ilə keçirilən görüşdə enerji, su ehtiyatlarının idarə olunması və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər “yaşıl enerji” və davamlı inkişaf istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan nümayəndə heyəti həmçinin Müasir Efiopiya Xidmətləri üzrə Təşkilatlanmış Fayda Mərkəzinin (MESOB) fəaliyyəti ilə tanış olub. Mərkəzdə dövlət xidmətlərinin vahid platforma üzərindən təşkili, rəqəmsal həllər və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində həyata keçirilən mexanizmlər barədə məlumat təqdim edilib.

Efiopiyada Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı və regional iqtisadi əməkdaşlıq imkanları təqdim olunub.