
Bakı. Trend:
ABŞ RV-1 tədqiqat reaktorunda istehsal olunmuş bütün
zənginləşdirilmiş uranın Venesueladan çıxarılmasını başa
çatdırıb.
Trend xəbər
verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi
Administrasiyasının (NNSA) məlumat yayıb.
Bildirilib ki, NNSA komandası və Venesuela Elmi Tədqiqat
İnstitutunun texniki mütəxəssisləri əraziyə ilk səfərlərindən altı
həftədən az müddətdə RV-1 reaktorundan 13,5 kq uranı təhlükəsiz
şəkildə çıxarıblar. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə sıx
əməkdaşlıq edən amerikalı mütəxəssislər uranı işlənmiş yanacaq
çəlləyinə qablaşdırıblar.
NNSA administratoru Brandon Uilliams bildirib ki, Venesueladan
bütün zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə çıxarılması
dünyaya Venesuelanın bərpası və yenilənməsi ilə bağlı daha bir
siqnal deməkdir:
“ABŞ prezidenti Donald Trampın qətiyyətli liderliyi sayəsində
bölgədəki xüsusi qruplar adətən illərlə çəkəcək işi bir neçə ay
ərzində yerinə yetiriblər”.
NNSA qeyd edib ki, RV-1 reaktoru onilliklər boyu fizika və nüvə
tədqiqatlarını dəstəkləyib. Orada 20%-lik kritik həddən yuxarı
zənginləşdirilmiş uran toplanıb.


