Suriyada partlayış oldu, yaralananlar var

Baş səhifə

Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Hadisə şəhərin Əl-Vurud məhəlləsində qeydə alınıb. Mikroavtobusun partladıldığı bildirilir.

Partlayış zamanı avtomobildə sürücü və ya sərnişin olmayıb. Hadisə nəticəsində yaxınlıqda olan 5 mülki şəxs xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.