“Hizbullah”ın PUA-ları Livanın cənubunda İsrailin iki “Merkava” tankını vurub

Baş səhifə

Bakı. Trend:

“Hizbullah” qruplaşması Livanın cənubunda İsrail qoşunlarına
qarşı hücum dronlarından istifadə edərək iki zirehli texnikanı məhv
edib.

Trend-in məlumatına görə, bu barədə “Hizbullah”ın “Telegram”
kanalında paylaşılan açıqlamasında bildirilib.




Bildirilib ki, hərəkatın kamikadze pilotsuz uçuş aparatları
Livanın cənubundakı Cəl əl-Aləm sərhəd bölgəsində və Əl-Bayada
kəndində İsrail qüvvələrin komandanlıq məntəqələrinə hücum
edib.

Qeyd edilib ki, hücum nəticəsində İsrailin iki “Merkava” tankına
zərər dəyib.