“Sabah” basketbol komandası ardıcıl dördüncü dəfə ölkə çempionu olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında 2025/2026-cı illər mövsümünün
qalibi bəlli olub.

Trend-in
məlumatına görə, final seriyasının üçüncü oyununda “Sabah” “Abşeron
Lions”la üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil edilən qarşılaşma “bayquşlar”ın
108:95 hesablı qələbəsi ilə yekunlaşıb.




Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi –
98:93, 112:84.

Bununla da, Rimas Kurtinaytis ardıcıl dördüncü dəfə Azərbaycan
çempionu olub.