Bərdədə ağır qəza: 10 nəfər xəsarət aldı (FOTO)

Baş səhifə

Bərdə. Trend:

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza Bəhrəmtəpə
stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb. Hərəkətdə
olan “VAZ-21015” markalı, 10 HT 171 dövlət nömrə nişanlı avtomobil
“Mercedes” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə
nəticəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol
kənarındakı kanala düşüb.

Qəza zamanı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralananlar Babayev Orxan Vüqar oğlu (1994), Hacıyev Röyal Rövşən
oğlu (2004), Hətəmov Ayxan Natiq oğlu (2007), Nəcəfli Mirşahin
Yeimar oğlu (2007), Paşayev Efras Ayaz oğlu (1979), Həmidova
Rabella Əlibaba qızı (1990), Həmidzadə Ömər Kamandar oğlu (2018),
Həmidova Səkurə Yaqub qızı (1964), Həmidov Həmid Fərrux oğlu (1963)
və Həmidov Kamandar Həmid oğlu (1988) olublar.




Yaralılar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.