Anası o uşaqdan imtina etdi

Baş səhifə

Abşeronda – Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.

Modern.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.

“Dünən qəbiristanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən…

Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?” Çiyinlərini çəkdi…”, – deyə o əlavə edib.