
Bakı. Trend:
Mayın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, mayın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkə
ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam
edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağda
isə qar yağıb.
Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9,
Daşkəsən, Astarada 8, Göygöl , Sarıbaşda (Qax) 7, Gədəbəy, Şahdağda
6, Xızıda 5, Culfa, Naftalan, Lənkəranda 4, Şahbuz, Qubada 3,
Balakən, Zaqatala, Qəbələ,Tərtər, İmişlidə 2, Bakıda və Abşeron
yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz,
Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay,
Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala,
Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər, Qubadlıda 1 mm-dək qeydə
alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti
Naftalanda 24, Mingəçevirdə 22, Şahdağda 20 m/s-dək güclənib.
Mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun
Çəpli kəndinə dolu düşüb.

