
Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının
heyətində dəyişiklik baş verib.
AFFA-dan Trend-ə bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan
Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə
“Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.
Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən
iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında
olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da
Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət
komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

