Pit Heqset: Hörmüz boğazından keçid zamanı İranın sərhədləri pozulmayacaq

Baş səhifə
Pit Heqset: Hörmüz boğazından keçid zamanı İranın sərhədləri pozulmayacaq

ABŞ hərbi qüvvələri gəmilərin Hörmüz boğazından keçirilməsi əməliyyatı zamanı İranın su və hava məkanına müdaxilə etməyəcək.

“Report”un məlumatına görə, bu barədə ABŞ müharibə naziri Pit Heqset mətbuat konfransı zamanı bəyan edib.

“ABŞ-nin məqsədi gəmiçiliyi İranın təcavüzündən qorumaqdır. Hörmüz boğazının açılması çərçivəsində ABŞ-nin İranın hava məkanına və ya sularına daxil olmasına ehtiyac olmayacaq. Biz münaqişə axtarmırıq. Onlar boğazı nəzarət altında saxladıqlarını bəyan ediblər, lakin bu, belə deyil”, – o deyib.