Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Birləşmiş Krallıqdan vahid bazara çıxış
üçün illik təxminən 1,15 milyard avro ödəniş tələb edə bilər.
Trend-in
məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Brüssel Böyük Britaniyanın Baş naziri Kir
Starmerin mayın 4-də Yerevanda keçiriləcək Avropa Siyasi Birliyi
sammiti çərçivəsində Aİ büdcəsinə töhfə verməklə bağlı prinsipial
razılığa gəlməsini istəyir. Starmerin ofisi isə bildirib ki,
görüşün əsas mövzularından biri Aİ ilə daha sıx əməkdaşlıq
olacaq.
Məqalədə adı açıqlanmayan avropalı diplomatın sözlərinə istinad
edilir: “Əgər Britaniya daha çox inteqrasiya istəyirsə, bunun üçün
ödəniş etməlidir. Bu, qeyri-adi hal deyil”.
Nəşr qeyd edir ki, Aİ üzvü olmayan İsveçrə 2025-ci ildə vahid
bazara çıxış üçün Aİ Birlik Fonduna ildə 375 milyon avro ödəməyə
razılaşıb. Bu məbləğ ölkənin ÜDM-i əsasında hesablanıb.

