
Bakı. Trend:
Tanker BƏƏ sahilləri yaxınlığında, Hörmüz boğazında naməlum
mənşəli mərmilərlə hücuma məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz
Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin
(UKMTO) məlumatında bildirilib.
“UKMTO Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərindən 78 dəniz
mili şimalda baş vermiş insident barədə məlumat alıb. Tanker
naməlum mənşəli mərmilərlə atəşə tutulub”, – deyə mərkəzin X sosial
şəbəkəsindəki açıqlamasında qeyd olunub.
Bildirilib ki, gəmi heyəti təhlükəsizdir və hadisə nəticəsində
ətraf mühitə zərər dəyməyib.

