Bakı. Trend:
Madriddən Yerevana gedən İspaniya Baş naziri Pedro Sançesi
daşıyan təyyarə texniki nasazlıq səbəbindən Ankaraya təcili eniş
edib.
Trend-in məlumatına görə, bu barədə “TRT Haber” televiziya
kanalı xəbər verib.
Məlumata əsasən, Sançesi daşıyan A310 təyyarəsindəki texniki
problemlər ciddi hesab edilmir.
Bildirilib ki, İspaniya Baş naziri mayın 4-ü gecəni Türkiyə
paytaxtında keçirəcək, bundan sonra isə uçuşunu İrəvana davam
etdirəcək və orada Avropa Siyasi Birliyinin sammitində iştirak
edəcək.

