
Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan banklarında fiziki şəxslərin
əmanətlərinin həcmi 16,960 milyard manat təşkil edib.
Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 248,9
milyon manat və ya 1,4% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə
isə 1,9 milyard manat və ya 12,5% artıb.
Bu ilin aprelin 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə
əmanətlərinin həcmi 11,8 milyard manat, xarici valyuta ilə isə
5,159 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə
141,8 milyon manat və ya 1,2% azalıb, illik müqayisədə isə 1,7
milyard manat və ya 17% artıb.
Xarici valyuta ilə isə bu göstərici bu ilin martın 1-nə olan
göstəriciyə nisbətən 107,1 milyon manat və ya 2% azalıb, ötən ilin
aprelin 1-nə olan göstəriciyə nisbətdə isə 175,6 milyon manat və ya
3,5% artıb.
Beləliklə, bu ilin aprelin 1-nə fiziki şəxslərin milli valyuta
ilə əmanətləri xarici valyutadakını 6,641 milyard manat və ya 2,3
dəfə üstələyib.

