Türkiyənin yeni kamikadze dronu təqdim olunub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Baykar” şirkəti süni intellektlə idarə olunan
kamikadze tipli “Mizrak” pilotsuz uçuş aparatı (PUA) modelini
təqdim edib.

Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.

Şirkət onun “SAHA 2026” sərgisində ictimai təqdimatı ərəfəsində
döyüş atışlı sınaqlardan görüntülər nümayiş etdirib.




Sistem müəyyən edilmiş ərazidə patrul aparmaq, hədəfləri avtonom
şəkildə aşkar etmək və GPS siqnalı olmadıqda belə dəqiq zərbələr
endirmək qabiliyyətinə malikdir. Aparat “sürü” tərkibində
əməliyyatlar və uzun mənzilli missiyalar (1 000 km-dən artıq) üçün
nəzərdə tutulub.