UEFA Çempionlar Liqası: “Atletiko” “Arsenal” ilə heç-heçə edib

Baş səhifə
UEFA Çempionlar Liqası: Atletiko Arsenal ilə heç-heçə edib

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

“Report”un məlumatına görə, “Atletiko” Madriddə İngiltərənin “Arsenal” klubu ilə qarşılaşıb.

“Metropolitano” stadionunda baş tutan görüş heç-heçə başa çatıb – 1:1.

Qonaq komandanın oyunçusu Viktor Dyekereş 44-cü dəqiqədə penalti ilə hesabı açıb. İspaniya komandasının cavab qolunu 56-cı dəqiqədə Xulian Alvares vurub.

Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu “Bavariya”nı 5:4 hesabı ilə üstələyib.