Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından
27 il ötür.

Trend
xatırladır ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da
yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi
iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında
Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna
rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif
ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və
dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək
nailiyyətlər qazanıblar.




2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı
Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin
çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də
Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın
düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri
olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad
etməsi dünya hərb tarixinə düşüb.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin
aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş
vasitələri və texnikalara malikdir.