
Bakı.Trend:
Sabirabad rayonunun Ulacalı kəndi ərazisində Kür çayında suyun
səviyyəsinin yüksəlməsi müəyyən fəsadlar yaradıb.
Trend-in
məlumatına görə, son günlər müşahidə olunan intensiv yağıntılar
nəticəsində çayda suyun artımı davam edir.
Bu səbəbdən Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton
körpü yararsız vəziyyətə düşüb. İntensiv yağışlar nəticəsində
körpünün bir hissəsi suyun altında qalıb.
Nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti
məhdudlaşıb.


