Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri
müəyyən olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
xidmətindən məlumat verilib.




Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri
üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun
Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda
olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda
olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən
edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.

DİN İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən
şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün
tədbirlər görülür.