
Bakı. Trend:
Qəbul imtahanının birinci cəhdi üçün qeydiyyat müddəti bu gün
saat 23:59-da başa çatır.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 28 aprel saat 10:30-a
olan məlumata əsasən ümumilikdə 131 357 abituriyent qeydiyyatdan
keçib. Bunlardan 121 911 nəfər Azərbaycan, 10 139 nəfər isə rus
bölməsi üzrə qeydiyyatını tamamlayıb.
I ixtisas qrupu üzrə 32 992, II ixtisas qrupu üzrə 27 452, III
ixtisas qrupu üzrə 27 589, IV istisas qrupu üzrə 6406 olmaqla ərizə
təsdiqlənib.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci
mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29
aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan
istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil
olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib
qeydiyyatdan keçməlidirlər.İmtahanda yalnız göstərilən tarixədək
qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci
mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın
24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III
ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən
abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də
keçiriləcək.


