Kurtua “El-Klassiko”ya hazırlaşır

Baş səhifə

Bakı. Trend:

“Real”ın qapıçısı Tibo Kurtuanın “El Klasiko”da iştirak
edib-etməyəcəyi məlum olub.

Trend xarici
mediaya istinadən xəbər verir ki, belçikalı qolkiper tezliklə
komanda ilə məşqlərə qoşulacaq. Klub onun səhhəti ilə bağlı riskə
getmək istəmir və qapıçının qayıdışını “El Klasiko” matçına
planlaşdırır.




Bərpa prosesində problemlər yaranmasa, Kurtua mayın 10-da “Kamp
Nou”da “Barselona”ya qarşı keçiriləcək matçda meydana çıxacaq.

Xatırladaq ki, təcrübəli qapıçı mart ayından bəri “Real”ın
heyətində oynamır.