“Hizbullah” döyüşçüləri Livanın cənubunda İsrailə məxsus PUA-nı vurublar

Baş səhifə

Bakı. Trend:

Livanın cənubunda “Hizbullah” hərəkatı tərəfindən atılan raketlə
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı
vurulub.

Trend-in məlumatına görə, bu barədə “Hizbullah” hərəkatı “Telegram” kanalında yazıb.

“İslam Müqavimət Qüvvələri Əl-Qantara bölgəsi üzərində uçan
düşmən “Hermes 900″ pilotsuz uçuş aparatını yer-hava raketi ilə
vurub”, – deyə qeyd olunub.




Məlumata əsasən, bundan əvvəl hərəkat döyüşçüləri Əl-Qantarada
kamikadze dronu tərəfindən hücuma məruz qalan İsrailin Merkava
tanklarından birini məhv edə biliblər.

Bundan əlavə, Bint Cbeyldə “Hizbullah” döyüşçüləri bu sərhəd
şəhərinin sakinlərinin evlərini sökən “Caterpillar D9” buldozerini
sıradan çıxarıblar.