Bu şəxslər MİQ imtahanında iştirak haqqı ödəməyəcəklər

Baş səhifə

Bakı.Trend:

Xəbər verdiyimiz
kimi
, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak
etmək üçün ödənişin məbləği 60 manat təsdiq edilib.

Trend xəbər
verir ki, bəzi şəxslər sözügedən imtahanda ödənişsiz olaraq iştirak
edə biləcəklər.




Belə ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, müəllimlərin işə
qəbulu ilə bağlı müsabiqədə ilk dəfə iştirak edənlər, əlilliyi olan
şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri,
şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə
“Müharibə veteranı” adı almış şəxslər bu ödənişdən azaddırlar.