ABŞ NATO-ya təxminən 1,4 milyard dollar göndərmək niyyətindədir

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası 2027 maliyyə ilində NATO büdcəsinə təxminən
1,4 milyard dollar ayırmağı, eləcə də ABŞ qoşunlarının Avropada
istifadə etdiyi infrastrukturu dəstəkləməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə
ili üçün dərc olunmuş büdcə layihəsinə əlavə edilmiş məlumat
sənədlərində bildirilib.




“2027 maliyyə ili büdcəsinə NATO hərbi büdcəsi ilə bağlı ümumi
maliyyələşdirmə tələbləri daxilində 756,7 milyon dollar <…>
daxildir”, – deyə qeyd olunub. Bildirilib ki, bu, 2026-cı maliyyə
ili büdcəsindən 96,1 milyon dollar artım deməkdir. Bundan əlavə,
icra hakimiyyəti ABŞ qüvvələrinin Avropada istifadə etdiyi
infrastrukturu dəstəkləmək üçün qarşıdan gələn maliyyə ili üçün
Konqresdən 604,3 milyon dollar istəyib”, – deyə bildirilib.