Azərbaycan minifutbol millisi Avropa çempionatında yarımfinala yüksəlib

Baş səhifə

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı
Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu
keçirib.

Trend-in
məlumatına görə, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/4
finalda Çexiya seçməsi ilə qarşılaşıb.




“Tipos Arena”da oynanılan görüş komandamızın 5:2 hesablı
qələbəsi ilə yekunlaşıb. Bununla da, millimiz yarımfinala vəsiqə
qazanıb.