Məşhur aviadaşıyıcılar uçuşları azaltmağa başlayıb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq aviaşirkətlər yanacaq qiymətlərinin kəskin artması
səbəbindən uçuşları azaltmağa başlayıblar.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata əsasən, Niderlandın “KLM” aviaşirkəti tezliklə
Amsterdamdan 80 ikitərəfli uçuşu ləğv edəcək.




“United Airlines”, “Lufthansa” və “Cathay Pacific Airways”
aviadaşıyıcıları da bundan əvvəl oxşar tədbirlər görüblər.

Bu arada, Cirium analitik şirkəti qlobal daşıma həcmlərinin may
ayında 3% azalacağını bildirib.