Filippində baş verən “Kalmaeqi” tayfunu nəticəsində ölənlərin sayı 224-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Filippində baş verən “Kalmaeqi” tayfunu nəticəsində ölənlərin
sayı 188-dən 224-ə yüksəlib, 109 nəfər isə də itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə “GMA News” televiziya kanalı
ölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər verib.




Şiddətli yağışların şəhər küçələrini su basdığı ​​Sebu adasında
158 nəfərin öldüyü təsdiqlənib. Ölkədə ümumilikdə 526 nəfər
yaralanıb, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində
qalıb.

53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.