Özbəkistan “Yaşıl Dəhliz”i əsas enerji tərəfdaşlığı layihəsi kimi adlandırıb

Baş səhifə

Bakı. Trend:

Enerji sektorunda əsas əməkdaşlıq sahəsi Mərkəzi Asiyanın enerji
sistemlərini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyi yönələn “Yaşıl Enerji Dəhlizi” layihəsidir.

Trend xəbər verir
ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini Müzəffər
Mədrahimov Antalya Diplomatiya Forumunda panel müzakirəsi zamanı
bildirib.




“Günəş, külək və su elektrik stansiyaları da daxil olmaqla bərpa
olunan enerjinin, eləcə də yaşıl hidrogenin inkişafı regional
əməkdaşlığın prioritet sahələrindən biridir. Həyata keçirilən və
planlaşdırılan təşəbbüslər Özbəkistanı və bütövlükdə Orta Asiyanı
Avrasiya üçün əsas enerji mərkəzinə çevirmək potensialına malikdir.
Bu sahədə əsas layihə Mərkəzi Asiyanın enerji sistemlərini
Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyi hədəfləyən “yaşıl
enerji dəhlizi”dir”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında Azərbaycan, Qazaxıstan
və Özbəkistan arasında “yaşıl enerji dəhlizi”nin Mərkəzi Asiyaya
genişləndirilməsi imkanını nəzərdə tutan Anlaşma Memorandumu
imzalanıb. Bu layihənin həyata keçirilməsi regionun bərpa olunan
enerji resurslarının, əsasən günəş və külək enerjisinin Azərbaycan
vasitəsilə Avropa İttifaqının enerji sisteminə qoşulmasına imkan
verəcək.