Nazir müavini: TDT ölkələri media sahəsində əməkdaşlığı dərinləşdirməlidir

Baş səhifə
Nazir müavini: TDT ölkələri media sahəsində əməkdaşlığı dərinləşdirməlidir

Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında mədəniyyət və informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyib.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə bildirib.

“Xalqlarımızın bir-birini daha yaxından tanımasının mühüm vasitələrindən biri birgə informasiya, media və mədəniyyət sahəsində layihələrin yaradılmasıdır. Bunlar ölkələrimizin müxtəlif millətləri, xalqları, mədəniyyətləri, ortaq adət-ənənələri, həmçinin görməli yerləri, turizm və mədəni obyektləri haqqında seriallardır”, – o vurğulayıb.