
Bakı. Trend:
Çində atom elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış
gücü 125 milyon kVt-a çatıb və bu, ölkəni bu göstərici üzrə dünya
liderinə çevirib.
Trend-in
məlumatına görə, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyası
tərəfindən dərc edilən “Çin Nüvə Enerjisinin İnkişafı Hesabatı
2026” (Mavi Kitab) sənədində qeyd olunub.
Sənədə əsasən, Çində kommersiya istismarında olan 60 nüvə enerji
bloku var. Daha 36 blok isə tikilməkdədir ki, bu da qlobal miqyasda
tikilməkdə olan nüvə reaktorlarının yarısından çoxunu təşkil
edir.
Bundan əlavə, 16 enerji bloku səlahiyyətlilərdən təsdiq alıb və
işlərin başlanmasını gözləyir.

