Rusiyada “WhatsApp” tamamilə bloklandı

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Meta” şirkətinə məxsus “WhatsApp” messenceri Rusiyada
tamamilə bloklanıb.

Trend-in məlumatına görə, servisin domeni Roskomnadzorun DNS
serverlərindən silinib.




Resursa giriş domen sistemi səviyyəsində dayandırılıb.

Oxşar tədbirlər əvvəllər YouTube domeninə də tətbiq edilmişdi və
bu domen də tənzimləyicinin DNS reyestrindən silinib.