BMT İrana 12 milyon dollar ayırır

Baş səhifə
BMT İrana 12 milyon dollar ayırır

Birləşmiş Millətlər Təşkilatı (BMT) İrana humanitar yardım üçün 12 milyon dollar ayırır.

“Report” xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer sosial media hesabında məlumat verib.

O, İsrail və ABŞ-ın müharibə zamanı vurduğu ziyana toxunaraq bildirib: “Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağılıb. Kritik xidmətlər pozulub. Bu maliyyələşdirmə tərəfdaşlarımıza genişmiqyaslı və həyati əhəmiyyətli yardım göstərməyə kömək edəcək”.