
Bakı. Trend:
Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsi bazasında
“XChat” adlı yeni messencerin istifadəyə verildiyini elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Yeni tətbiq aprelin 17-dən etibarən “App Store”da
istifadəçilərin sərəncamına veriləcək.
Xidmətdə ikitərəfli şifrələmə olacaq və tətbiqin , reklam və
izləmə mexanizmlərindən azad olacağı vəd edilir. Tətbiqdən istifadə
üçün X hesabı tələb olunacaq. Maskın sözlərinə görə, təhlükəsizlik
sistemi “Bitcoin” texnologiyalarından ilham alıb.
Mask eyni zamanda “WhatsApp” platformasını məlumatların
toplanması və reklamların hədəflənməsinə görə tənqid edib və
bildirib ki, “Xchat” mesajları skan etməyəcək və istifadəçiləri
profilləşdirməyəcək.
Messencerdə çatlar, fayl ötürülməsi, audio və video zənglər
əlçatan olacaq.


