Bakı. Trend:
Macarıstanın yeni hökumətini formalaşdıracaq Milli Assambleyaya
(birpalatalı parlament) seçkilərdə səsvermə başlayıb.
Trend-in
məlumatına görə, bu gün yerli vaxtla saat 06:00-da başlayıb. Seçki
məntəqələri saat 19:00-dək açıq olacaq.
Seçkilərdə 199 parlament yeri uğrunda mübarizə aparılır ki,
bunlardan 93-ü partiya siyahıları, 106-sı isə təkmandatlı seçki
dairələri üzrə bölüşdürülüb. “FİDES – Macarıstan Vətəndaş Birliyi”
partiyası və onun kiçik tərəfdaşı Xristian Demokratik Xalq
Partiyasının (XDXP) hakim koalisiyası müxalifətdəki “Tisa”
partiyası ilə mübarizə aparır.
“FİDES”ə Macarıstanın Baş naziri Viktor Orban, “Tisu”ya isə
keçmiş hökumət rəsmisi və Brüssel tərəfindən dəstəklənən Avropa
Parlamentinin üzvü Peter Magyar rəhbərlik edir.

