Tərtər. Trend:
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşən
kafelərdən birində qeydə alınıb. İlkin məlumata əsasən, əslən Ağdam
rayonundan olan 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlu
kafedə yeyib-içdikdən sonra naməlum şəraitdə bıçaqlanıb.
Müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan yaralı
Bərdə Diaqnostika Mərkəzinə aparılarkən yolda həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları
tərəfindən araşdırma aparılır.

