
Bakı. Trend:
Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan
azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində
xilas edilib.
Trend xəbər verir ki, ərazidə olan Qusar RPŞ-nin əməkdaşı uşağı
sudan çıxarıb və onun həyatını təhlükədən qurtarıb.
Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan
azyaşlının babası – 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri
ilə boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

