Vaşinqton və Tehran razılığa gəlməyə heç olmadığı qədər yaxındırlar – Əraqçi

Baş səhifə

Vaşinqton və Tehran münaqişəyə son qoymaq üçün anlaşma
memorandumu barədə razılığa gəlməyə heç olmadığı qədər
yaxındırlar.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada
yazıb.

O bildirib ki, İslamabad Anlaşma Memorandumu heç vaxt bu qədər
imzalanmağa yaxın olmayıb.




Əraqçi əlavə edib ki, müqavilənin bütün təfərrüatları vaxtı
çatanda açıqlanacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehranın
münaqişənin həlli üçün ümumi konsepsiyanı təsbit edəcək anlaşma
memorandumu imzalamaq niyyətində olduğunu açıqlayıb.