
Bakı. Trend:
Konqo Demokratik Respublikasında Ebola virusu səbəbindən ölüm
halları artmaqda davam edir. Son 24 saat ərzində daha 3 nəfərin
həyatını itirməsi ilə ümumi ölüm sayı 139-a yüksəlib.
Bu barədə Konqo Respublikasının Rabitə və Media ilə İş üzrə
Nazirliyi gündəlik bülletenində məlumat yayıb.
Bildirilir ki, təsdiqlənmiş yoluxma hallarının sayı da artaraq
689-a çatıb ki, bu da əvvəlki günlə müqayisədə 13 nəfər çoxdur.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri
təmasların izlənməsi göstəricisi ilə bağlı narahatlıq ifadə
ediblər. Rəsmi rəqəmlərə əsasən, bu göstərici 61% təşkil edir,
lakin mütəxəssislər infeksiyanın yayılmasının qarşısını almaq üçün
onun 95%-ə çatdırılmasının vacib olduğunu bildirirlər.
Hazırkı epidemiya Konqo Demokratik Respublikasının şərqində
mayın 15-də başlayıb və xəstəliyin əsas yayılma mərkəzi İturi
əyaləti hesab olunur.

