
Bakı. Trend:
Tehranla münaqişəyə son qoymaq üçün saziş layihəsində İran
aktivlərinin blokdan çıxarılması nəzərdə tutulmayıb.
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens sosial mediada
yazıb
O bildirib ki, İran heç bir vəsait verilməyəcək, sadəcə müqavilə
imzalamaq və görüşdə iştirak etdiyinə görə, aktivləri blokdan
çıxarılmayacaq.
Vens qeyd edir ki, müqavilə ABŞ və onun müttəfiqlərinin
maraqlarını prioritetləşdirir.
ABŞ vitse-prezidenti qeyd edib ki, əgər iranlılar öz
öhdəliklərini yerinə yetirsələr, bu, həm özlərinə, həm də bütün
regiona iqtisadi fayda gətirəcək.
O, razılaşmanın uzunmüddətli sülhə gətirib çıxarmaq potensialına
malik olduğunu söyləyib.

