ABŞ Ali Məhkəməsi azot qazı ilə boğularaq edam etməyi qadağan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Ali Məhkəməsi Alabama ştatına məhbusları azot qazı ilə
boğularaq edam etməyi qadağan edib.

Xarici media yzır ki, Alabama 2024-cü ildə bu edam üsulunu
tətbiq edən ilk ştat olub. O vaxtdan bəri ABŞ-da səkkiz nəfər bu
şəkildə edam edilib, onlardan yeddisi Alabama ştatındadır.

11 iyun tarixində Alabama ştatında 1998-ci ildə iki nəfəri
öldürməkdə təqsirli bilinən 49 yaşlı Ceffri Linin azot istifadə
edərək edam edilməsi planlaşdırılırdı. ABŞ federal hakimi edam
zamanı azot istifadəsinə qarşı qərar verib və Alabama ştatı hökmdən
Ali Məhkəməyə apellyasiya şikayəti verib.




BMT azotla boğulmaqla ölüm hökmünün qadağan edilməsinə çağırıb.
Təşkilat hesab edir ki, bu edam üsulu beynəlxalq hüquqa ziddir və
qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hesab olunur.

ABŞ-ın 50 ştatından 23-də ölüm hökmü ləğv edilib. Kaliforniya,
Oreqon və Pensilvaniya ştatlarında moratorium var. 2025-ci ildə
ABŞ-da 47 edam icra edilib ki, bu da 2009-cu ildən bəri ən yüksək
rəqəmdir. Ən çox edam Florida (19), ardınca Alabama, Cənubi
Karolina və Texas (hər biri beş) ştatlarında həyata keçirilib.